Dünya çempionu iki il müddətinə futboldan uzaqlaşdırılıb

   Dünya çempionu iki il müddətinə futboldan uzaqlaşdırılıb
  20 Oktyabr 2023    Oxunub:1108
İtaliyanın "Monza" klubunun və Argentina millisinin futbolçusu Papu Qomez antidopinq qaydalarını pozduğuna görə iki il müddətinə diskvalifikasiya olunub.
AzVision.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Qeyd olunur ki, futbolçu 2022-ci ilin noyabrında Argentina yığmasının qalib gəldiyi Qətərdə keçirilən dünya çempionatının başlamasına bir neçə gün qalmış dopinq testindən keçib. Bu dopinq testi müsbət nəticə verib.
Qomezin özü klub həkimlərinin razılığı olmadan uşaqlar üçün öskürək siropu qəbul etdiyini bildirib. Həmin vaxt futbolçu İspaniyanın “Sevilya” komandasında oynayırdı. Qomes və klubun bir neçə aydır ki, dopinq məsələsindən xəbərdar olduğu bildirilir. Onlar Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) bildiriş alıblar.
35 yaşlı Qomez bu cəzadan sonra futbolu tərk etmək qərarına gəldiyi qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti