“Ölümdən sonrakı Həyat” qısametrajlı bədii filminin qala gecəsi keçirilib - FOTOLAR

“Ölümdən sonrakı Həyat” qısametrajlı bədii filminin qala gecəsi keçirilib -    FOTOLAR
  20 Oktyabr 2023    Oxunub:1512
Ötən gün Nizami Kino mərkəzində “Ölümdən sonrakı Həyat” adlı qısametrajlı bədii filminin qala gecəsi keçirilib.
Gecəyə media nümayəndələri, tanınmış sənət adamları qatılıblar.

Ekran əsərinin lahiyə rəhbəri Ariz Məmmədov, prodüseri Kənan Səfər, quruluşçu rejissoru Elvin İsmanlı, ssenari müəllifi Elşən Məmmədlidir.

Filmdə Xalq artisti Məmməd Səfa Qasımov və gənc aktyorlar Vüqar İmanov, Kamil Vəlicanov və başqaları oynayıb.

Ekran işi cəmiyyətdə kitaba olan etinasızlıq, yazıçılara və sənət adamlarına yalnız ölümündən sonra dəyər verilməsindən bəhs edilir.



AzVision.az


Teqlər:





Xəbər lenti