SDU-nun prorektoru vəzifəsindən azad edilib

   SDU-nun prorektoru vəzifəsindən azad edilib
  20 Oktyabr 2023    Oxunub:1310
Sumqayıt Dövlət Universitetinin prorektoru Atayev Qafar Nəriman oğlu vəzifəsindən azad olunub.
AzVision.az Report-a istinadən xəbər verir ki, o, öz ərizəsi əsasında vəzifədən azad edilib.

Məlumata görə, Qafar Atayev ixtisasca mühəndis olduğu üçün o, bundan sonra Mühəndislik fakültəsində müəllim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Qafar Atayev 1960-cı ilin sentyabr ayının 3-də Salyan rayonunun Yenikənd kəndində anadan olub. 2014-cü il yanvar ayının 16-da Sumqayıt Dövlət Universitetinin Qiyabi, distant və əlavə təhsil üzrə prorektoru vəzifəsinə təyin edilib. 2019-cu il iyun ayının 18-də Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub. 2002-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adına, 2016-cı ildə isə dosent elmi adına layiq görülüb.

30-dan çox elmi məqalənin, 2 dərs vəsaitinin və 3 tədris-metodik göstərişin müəllifidir.

AzVision.az


Teqlər:





Xəbər lenti