Şuşada 15 tarixi abidə

   Şuşada 15 tarixi abidə
  19 Oktyabr 2023    Oxunub:1789
Şuşa şəhərinin bərpası və yenidən qurulması onun tarixi görünüşünü qorumaqla aparılır və burada 15 tarixi abidə tam bərpa olunub.
AzVision.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Müasir şəhərsalma və enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli” panelində deyib.

“Şuşada 12 əsas kvartal mövcuddur. Həm qarışıq, həm ticarət, həm də turistlər üçün xüsusi kurort ərazilər ayrılıb. Şəhərdə, həmçinin birmərtəbəli, ikimərtəbəli və beşmərtəbəli binaların tikintisinə başlanılıb. Dövlət binaları və sosial binalar da tikilir. Cənub yaşayış massivində 23 binadan ibarət yaşayış kompleksi hazırdır. Binalara qaz çəkilişi işləri yekunlaşmaq üzrədir və bu ilin sonunadək istilik sisteminə qoşulacaq”, - deyə A.Kərimov qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti