Qadın ana və qızına xəsarət yetirdi

Qadın ana və qızına xəsarət yetirdi
  18 Oktyabr 2023    Oxunub:1272
Oktyabrın 17-si saat 20:30 radələrində Qəbələ şəhər sakini Elnarə Tahirovanın və onun 17 yaşlı qızının kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilmələri barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan AzVision.az -a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ana və qızına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Salatın Əhmədiyyəzadə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti