Aqrar Subsidiya Şurasının üzvlərinin sayı artırılıb

Aqrar Subsidiya Şurasının üzvlərinin sayı artırılıb
  17 Oktyabr 2023    Oxunub:1205
Aqrar Subsidiya Şurasının üzvlərinin sayı artırlaraq 7-dən 9-a çatdırılıb.
Bu barədə Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında imzalanan Fərmanda bildirilib.

Fərmana əsasən, Şuranın tərkibinə kənd təsərrüfatı naziri və Dövlət Ehtiyatları Agentliyinin 1 nümayəndəsi daxil edilib.

Qeyd edək ki, Şura daha əvvəl Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər), Maliyyə Nazirliyindən (1 nəfər), Dövlət Statistika Komitəsinin (1 nəfər), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və yerli fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrinin daxil olduğu 7 üzvdən ibarət olub.

AzVision.az



Teqlər:





Xəbər lenti