`ABŞ səfirliyi olan yerdə `Maydan` da ola bilər` - Ekspert

`ABŞ səfirliyi olan yerdə `Maydan` da ola bilər` - Ekspert
  13 İyun 2014    Oxunub:1703
"Ukrayna Ali Radasında belə bir məşhur lətifə var idi: `Nəyə görə ABŞ-da Narıncı İnqilab ola bilməz? Çünki orada ABŞ səfirliyi yoxdur`. Buna görə də, harada ABŞ səfirliyi varsa, nəzəri cəhətdən Ukraynada baş verən hadisələr həmin ölkələrdə mövcud ola bilər, praktiki olaraq isə bunlar vətəndaş cəmiyyətinin, yerli siyasi qüvvələrin səviyyəsindən, xaricdən verilən tapşırıqlara uymayan müstəqil siyasətin yürüdülməsi istəyindən asılıdır".

Bu fikirləri AzVision.az-a Ukraynadakı `Maydan` hadisələrinin MDB ölkələrində, xüsusilə Azərbaycanda baş verə biləcəyinin mümkünlüyünü şərh edən Rusiya-Ukrayna İnformasiya Mərkəzinin direktoru, jurnalist, politoloq Oleq Bondarenko deyib.

O, bildirib ki, hazırda Şərqi Avropaya "Facebook inqilabı" anlayışı xasdır: "Gəlin faktlara baxaq. Qeyri-hökumət təşkilatlarını, KİV-ləri, bloqqerləri, internet aktivliyini maliyyələşdirilən şəbəkələr mövcuddur. "Facebook inqilabı" anlayışı bu gün Bolqarıstandan Cənubi Qafqaza qədər yayılıb. Bu, çox təsirlidir, çünki orada nə partiya, nə də struktur var. Partiyanı bağlamaq olar, “Facebook”u isə yox, Çin istisna olmaqla. Onlar maliyyə mənbələrini də gizlətmirlər. Bunlar USAİD, National Democracy İnstitute, İnternational Republic İnstitute və digər bu kimi təşkilatlardır. Həmin təşkilatlar da seminarlar, treninqlər, görüşlər keçirirlər. Kim bunu maliyyələşdirir, o da belə işlərdə maraqlıdır".

Bondarenko eyni zamanda ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın bu yaxınlarda yerli KİV-lərin birinə verdiyi müsahibəsində növbəti Maydan hərəkətinin Azərbaycanda ola biləcəyi haqda fikirlərinə də toxunub. Ekspert bildirib ki, əgər səfir belə bir çıxış edirsə, vətəndaş cəmiyyəti buna reaksiya verməlidir.

Ş.Əlibəyli
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti