Müğənni Günelin anası iflic keçirdi

   Müğənni Günelin anası iflic keçirdi
  17 Oktyabr 2023    Oxunub:1785
Müğənni Günel Zeynalovanın anası Zöhrə Zeynalova iflic keçirib.
AzVision.az xəbər verir ki, bu barədə müğənni instaqram hesabında məlumat verib.

“Çox şükür, anam yaxşıdır. Allaha şükürlər olsun. İflic keçirdi. Amma müalicəsi davam edir. Daha da yaxşı olacaq.

Səni sevirəm. Anam, ən çox bənzədiyim. Gözlərinə qurban. Hələ mənim toyum var, nəvələrin olacaq. Allah bizi sevir və sınayır. Bu günümüzə çox şükür”,- müğənni anası ilə fotosunu paylaşaraq yazıb.




AzVision.az


Teqlər:





Xəbər lenti