“Şahdəniz”dən 143 mlrd.kubmetr qaz ixrac edilib

“Şahdəniz”dən 143 mlrd.kubmetr qaz ixrac edilib
  16 Oktyabr 2023    Oxunub:1008
“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 oktyabr 2023-cü il tarixinədək buradan 415,5 mlrd. kubmetr qaz hasil edilib.
Energetika Nazirliyindən AzVision.az -a verilən məlumata görə, hesabat dövründə AÇG-dən 213 milyard kubmetr, “Şahdəniz”dən isə 202,5 milyard kubmetr qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 143 milyard kubmetri ixraca nəql edilib”, - məlumatda qeyd olunub.

Qeyd olinur ki, 2023-cü ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, 9 ay ərzində respublikada 36,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 9,6 milyard kubmetri AÇG-dən, 19,7 milyard kubmetri “Şahdəniz”dən, 0,4 milyard kubmetri “Abşeron”dan, 6,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz, yəni 1,7 milyard kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 17,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar-sentyabr aylarında Avropaya 8,6 milyard kubmetr, Türkiyəyə 7,5 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 4,3 milyard kubmetr qaz nəql olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti