2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmadan keçiriləcək

2026-cı ilin sonuna qədər    137 min    müəllim sertifikatlaşdırmadan keçiriləcək
  14 Oktyabr 2023    Oxunub:2126
“Azərbaycan məktəbliləri bu il beynəlxalq fənn olimpiyadalarında 57 medal qazanıblar”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə 40 mindən çox müəllim sertifikasiyadan keçib:

“2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmadan keçiriləcək. Ölkəmizdə sertifikasiya imtahanı keçirilməsi bir yenilikdir. Bu tədbirlər müəllim nüfuzunun, rifahının artırılmasına yönəlib”.

AzVision.az



Teqlər: Müəllim  





Xəbər lenti