İcmal büdcəsində 11 milyard manat profisit yaranıb

İcmal büdcəsində 11 milyard manat profisit yaranıb
  14 Oktyabr 2023    Oxunub:1114
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 36 milyard 889,3 milyon manat, xərcləri isə 25 milyard 898,4 milyon manat təşkil edib.
AzVision.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,1 % və 14,7 % çoxdur.

Son nəticədə icmal büdcədə 10 milyard 990,9 milyon manat profisit yaranıb ki, bu da 1 il əvvələ nisbətən 53,7% çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti