Azərbaycanlı Avropa çempionu oldu - FOTO

Azərbaycanlı Avropa çempionu oldu - FOTO
  12 İyun 2014    Oxunub:1259
Pauerliftinq üzrə Avropa çempionatı iyun ayının 11-də Azərbaycanın paytaxtı Bakı şəhərində start götürüb.

Bu gün, iyun ayının 12 -də Kempinski otelində saat 10- da çempionat açıq elan edilib. Sonra isə ilk olaraq yarış meydanında qadınlar öz gücünü sınayıb.

Çempionatda həmyerlimiz, Azərbaycan yığma komandasının fovoriti, 2012-2013- cü illər ərzində ikiqat mütləq Avropa , ikiqat mütləq dünya çempionu, Heydər Əliyev kubokunun sahibi olan Günel Talıbova da çıxış edib.

Qeyd edək ki, Günel Talıbova mütləq dünya rekordçusudur. Bu gün də o dünyada heç kimin qaldıra bilmədiyi bir çəkini qaldırmağa iddialı idi və bunun da öhdəsindən məharətlə gələ bilib. Üç hərəkətin cəmi olaraq 405 kq qaldırıb və bununla da artıq 3 ildir mütləq avropa çempionu adını qoruyub saxlayır.

Xatırladaq ki, həmyerlimiz haqqında Amerikanın, Rusiyanın və digər ölkələrin mətbuatında kifayət qədər yazılar dərc olunub. Həmçinin xeyli sayda müsahibələri dünya mətbuatda yer alıb.


Teqlər:





Xəbər lenti