Büdcənin kəsiri 1 milyard manatı keçib

Büdcənin kəsiri 1 milyard manatı keçib
  11 Oktyabr 2023    Oxunub:1072
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 22 milyard 077 milyon manat, xərcləri isə 23 milyard 214,5 milyon manat təşkil edib.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,4 % az və 13,4 % çoxdur. Son nəticədə büdcədə 1 milyard 137,5 milyon manat kəsir yaranıb.

AzVision.az


Teqlər:





Xəbər lenti