Rusiyanın məşhur rəssamı intihar edib: xərçəngdən əziyyət çəkirmiş

   Rusiyanın məşhur rəssamı intihar edib:    xərçəngdən əziyyət çəkirmiş
  11 Oktyabr 2023    Oxunub:1677
Rusiyanın məşhur dekorativ rəssamı Viktor Fesenko intihar edib.
AzVision.az xəbər verir ki, bu barədə “Shot" Teleqram kanalı məlumat yayıb.

Məşhur rus blogerin arvadı İrəvanda müəmmalı şəkildə öldü
Qeyd edilir ki, hadisə Sankt-Peterburqda baş verib. Rəssamın qızı 82 yaşlı Fesenkonun meyitini Rıbatskoye rayonundakı Reçnoy yaşayış kompleksindəki mənzildə aşkarlayıb. Onun yanında sənətçinin qızları və dostları ilə vida məktubu olub ki, burada Fesenko bağışlanmasını xahiş edib.

“Fontanka”nın məlumatına görə, Fesenkoya xərçəng diaqnozu qoyulubmuş.

Qeyd edək ki, Viktor Fesenko 4 avqust 1942-ci ildə Vladivostokda anadan olub. 35 il Severodvinsk Dram Teatrında çalışıb. O, karyerası ərzində Sergey Dovlatovun və digər şəxslərin əsərləri əsasında dekorasiyaları yaradıb. Fesenko teatrda işləməkdən əlavə, rəssamlıq da edib və rəsmlərini satışa çıxarıb. Onun əsərləri bütün Rusiyada, o cümlədən xaricdə keçirilən sərgilərdə nümayiş etdirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rəssam   İntihar  





Xəbər lenti