İsrail Mərkəzi Bankı ucuzlaşan şekeli sabitləşdirmək istəyir

   İsrail Mərkəzi Bankı ucuzlaşan şekeli sabitləşdirmək istəyir
  09 Oktyabr 2023    Oxunub:1553
İsrail Mərkəzi Bankı şekel məzənnəsinin dəyişkənliyini azaltmaq və bazarı normal işləmək üçün kifayət qədər likvidliklə təmin etmək üçün 30 milyard dollara qədər qızıl-valyuta ehtiyatı satmaq proqramı elan edib.
Ehtiyatların satışı ilə yanaşı, mərkəzi bank 15 milyard dollara qədər olan svoplar vasitəsilə bazara likvidlik təmin edəcək. Qeyd olunub ki, İsrail Bankı vəziyyətin dəyişməsini izləməyə, bütün bazarlara nəzarət etməyə və zəruri hallarda bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcək.

Bazar ertəsi səhər ticarəti zamanı şekelin ABŞ dollarına nisbətdə məzənnəsi 1,2% azalaraq 1 dollar üçün 3,8966 şekel səviyyəsində ticarət edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti