Çinin valyuta ehtiyatları ötən ay gözləniləndən çox azalıb

Çinin valyuta ehtiyatları ötən ay gözləniləndən çox azalıb
  09 Oktyabr 2023    Oxunub:1080
Dünyanın ən böyük valyuta ehtiyatı olan Çinin valyuta ehtiyatları avqustda 3,16 trilyon dollara nisbətdə sentyabrda 3,12 trilyon dollara düşüb.
Bu barədə Çin Xalq Bankının hesabatında deyilir. Göstərici 2022-ci ilin oktyabr ayından minimumunu yeniləyib. “Trading Economics”in istinad etdiyi analitiklərin konsensus proqnozu ehtiyatların 3,13 trilyon dollara qədər azalmasını nəzərdə tuturdu.

Çində qızıl ehtiyatları sentyabrın sonunda bir ay əvvəlki 69,62 milyon unsiya ilə müqayisədə 70,46 milyon unsiyaya yüksəlib. Göstərici 11-ci ay ardıcıl olaraq artıb.

Bu arada, dəyər ifadəsində qızıl ehtiyatları avqustun sonundakı 135,22 milyard dollarla müqayisədə 131,79 milyard dollara düşüb.


AzVision.az


Teqlər:





Xəbər lenti