HƏMAS-ın hücumu nəticəsində 22 nəfər ölüb - YENİLƏNİB

 HƏMAS-ın hücumu nəticəsində 22 nəfər ölüb -  YENİLƏNİB
  07 Oktyabr 2023    Oxunub:1942
HƏMAS-ın İsrailə hücumu nəticəsində 22 nəfər həlak olub
AzVision.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində 300-ə yaxın insan yaralanıb. Onlardan 70-nin vəziyyəti ağırdır.

***
HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində ölənlərin sayı 6-ya çatıb.

AzVision.az “The Times of Israel”ə istinadən xəbər verir ki, müxtəlif xəstəxanalardan verilən məlumatda 200-ə yaxın yaralının olduğu bildirilib. 20 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu həyəcan siqnalı səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti