Masallıda bazarda yanğın məhdudlaşdırılıb- FOTO

   Masallıda bazarda yanğın məhdudlaşdırılıb-  FOTO
  06 Oktyabr 2023    Oxunub:2079
Masallıda bazarda yanğın məhdudlaşdırılıb.
AzVision.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Masallı şəhərində bazar ərazisində yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub.

FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.



AzVision.az


Teqlər:





Xəbər lenti