Antiterror tədbirlərində yaralanan polis şəhid olub

     Antiterror tədbirlərində yaralanan polis şəhid olub
  06 Oktyabr 2023    Oxunub:1240
Qarabağda keçirilən lokal antiterror tədbirlərində ağır yaralanan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Etibar oğlu Muradov həlak olub.
AzVision.az xəbər verir ki, onun bu gün dünyasını dəyişdiyi bildirilir. Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.

Xatırladaq ki, Muradov Əzizbəy Etibar oğlu 44 günlük Vətən müharibəsində də iştirak edib.

Prezident İlham Əliyevin sərəncamları ilə “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

AzVision.az


Teqlər:





Xəbər lenti