Son 20 ildə Azərbaycanda 3600 yeni məktəb tikilib

  Son 20 ildə Azərbaycanda 3600 yeni məktəb tikilib
  05 Oktyabr 2023    Oxunub:1579
Son 20 ildə Azərbaycanda 3600 yeni məktəb tikilib və ya əsaslı təmir olunub.
AzVision.az xəbər verir ki, 2023-cü ilin sonunadək Elm və Təhsil Nazirliyinin sifarişi əsasında 8 təhsil müəssisəsinin açılışı nəzərdə tutulur. Təkcə son 3 ildə ölkədə 275 yeni məktəb tikilib.

Qəzalı məktəblərin sayı 30 faiz azalaraq 654-ə enib. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən nəinki fərqlənmir, hətta onları üstələyir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.

Üçüncü ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. İşğaldan azad edilmiş ərazilərimizdə məktəblər fəaliyyətə başlayıb.

AzVision.az


Teqlər: Məktəb  





Xəbər lenti