"Azərbaycanın sığorta sektoru üzrə Türkiyədən irəlidə olduğu məsələlər var"

"Azərbaycanın sığorta sektoru üzrə Türkiyədən irəlidə olduğu məsələlər var"
  03 Oktyabr 2023    Oxunub:1199
Azərbaycanın sığorta sektoru üzrə Türkiyədən daha irəlidə olduğu məsələlər var.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Türkiyə Sığorta və Özəl Pensiya Tənzimlənməsi və Nəzarəti Agentliyinin (SEDDK) sədr müavini Fatma Ebru Gençosmanoğlu deyib.

“Biz Azərbaycandan bu sahədə bəzi məsələləri öyrənəcəyik. Məsələn, Azərbaycan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlərin birbaşa tənzimlənməsi sisteminə keçib. Yəni yol-nəqliyyat hadisələri zamanı zədələnmiş avtonəqliyyat vasitələrinin sığortalı sahibləri qarşı tərəfin sığorta şirkətinə müraciət etmək əvəzinə öz sığorta şirkətinə müraciət edərək dəymiş ziyanın ödənişini ala bilirlər. Türkiyədə hələ bu mərhələyə gəlinməyib. Azərbaycan Mərkəzi Bankının nümayəndələri ilə görüşdə bu təcrübə ilə bağlı məlumatlar alacağıq. Bu təcrübənin əlverişli olub-olmamasını, çatışmazlıqlarını öyrənəcəyik ki, Türkiyədə də bu modeli tətbiq edək”, - deyə türkiyəli qonaq bildirib.

Qeyd edək ki, ötən il noyabrın 1-dən etibarən Azərbaycanda avtomobillərin icbari sığortası üzrə zərərlərin birbaşa tənzimlənməsi qaydası tətbiq edilir.

AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti