Azərbaycan Ay və Marsın tədqiqi ilə məşğul olacaq

   Azərbaycan Ay və Marsın tədqiqi ilə məşğul olacaq
  02 Oktyabr 2023    Oxunub:1147
2030-cu ilə qədər Azərbaycan kosmik sahədə tədqiqatları dərinləşdirəcək, Ay və Marsın tədqiqi, eləcə də planetlərarası tədqiqatla məşğul olacaq.
Bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutmuş sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Komsik Agentliyin ("Azərkosmos") direktoru Saməddin Əsədov bildirib.

"Azərbaycan komsik tədqiqatları genişləndirməkdə maraqlıdır. Biz bu gün İsrailin Kosmik Agentliyi ilə əməkdaşlıq müqaviləsi imzaladıq. Bu müqavilə çərçivəsində Agentlik bizə yerin müşahidəsini aparmaqda kömək edəcək”, - deyə o qeyd edib.

Bundan başqa, S.Əsədov əlavə edib ki, son 10 ildə Azərbaycan kosmik tədqiqatlara 600 milyon ABŞ dolları investisiya yatırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti