Naxçıvanda şəhid ailələri ziyarət olunub - FOTOLAR

Naxçıvanda şəhid ailələri ziyarət olunub -    FOTOLAR
  28 Sentyabr 2023    Oxunub:1544
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyevin təşəbbüsü ilə Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları Anım günü ilə bağlı Şəhidlər Xiyabanını və şəhid ailələrini ziyarət ediblər.
AzVision.az xəbər verir ki, görüş zamanı şəhid ailələri ilə söhbətlər aparılıb. Bildirilib ki, hər bir Azərbaycan vətəndaşı şəhidlərə və onların ailələrinə borcludurlar. Azərbaycan dövləti Ali Baş Komandanın rəhbərliyi və şəhid və qaziərimizin canları, qanları bahasına torpaqlarını işğaldan azad edib və suverenliyini təmin edib. Eyni zamanda şəhidlərimizin heç bir zaman unudulmayacağı, şəhid ailələrinə daim ehtiram göstəriləcəyi qeyd olunub.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti