"Harri Potter"in Dambldoru vəfat etdi

"Harri Potter"in Dambldoru vəfat etdi
  28 Sentyabr 2023    Oxunub:2285
"Harri Potter" filmlərində Albus Dambldor obrazı ilə tanınan məşhur aktyor ser Maykl Qambon 82 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Qeyd edilir ki, aktyorun ailəsi ölüm xəbərini təsdiqləyib və pərəstişkarlarına "dəstək və sevgi" üçün təşəkkür edib.

Qambon sətəlcəmdən əziyyət çəkirmiş. O, xəstəxanaya yerləşdiriləndən sonra ölüb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor  





Xəbər lenti