Qurban Qurbanov cəzalandırılıb

   Qurban Qurbanov cəzalandırılıb
  27 Sentyabr 2023    Oxunub:1219
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının VII turunun “Qəbələ” – “Qarabağ” oyununda (1:2) qeydə alınmış qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.
Həmin matçda beş futbolçusu sarı vərəqə ilə cəzalandırılan “qırmızı-qaralar” 700 manat cərimə edilib. Görüşün 42-ci dəqiqəsində meydana daxil olaraq, rəqib oyunçuya aqressiv şəkildə təzyiq göstərən “Qəbələ”nin məşqçisi Rasim Ramaldanov 2 oyun cəzalanıb, klubunu isə 1 000 manat xərcə salıb.

Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün ikisi şərti olmaqla 4 oyunluq diskvalifikasiya edilib. Klub kolumbiyalı oyunçunun hərəkətinə görə 3 000 manat cərimələnib.

Oyunun 89-cu dəqiqəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub isə 1 000 manat cərimə olunub.

Bundan başqa, qonaq komandanın azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Qarabağ” klubuna xəbərdarlıq edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti