Məşhur aktyor 70 yaşında 45 yaşlı qadınla evləndi

Məşhur aktyor 70 yaşında 45 yaşlı qadınla evləndi
  25 Sentyabr 2023    Oxunub:1856
70 yaşlı məşhur amerikalı aktyor və güləşçi Xalq Xoqan (əsl adı Terri Bollea-red.) yoqa müəllimi Skay Deyli ilə evlənib.
AzVision.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Qeyd edilir ki, Deylinin 45 yaşı var və mərasim Florida ştatının Clearvater şəhərindəki Baptist kilsəsində təşkil olunub. Toy məclisi təmtəraqlı keçirilməyib. Holivud ulduzunun evlənmək qərarı isə gözlənilmədən verilib.

Cütlüyün qonaqları arasında Xoqanın 32 yaşlı oğlu Nik də olub. Amma aktyorun 35 yaşlı qızı Bruk atasının toyuna gəlməyib.

Məlumata görə aktyor hələ iki ay əvvəl sevgilisinə 6 karatlıq brilyant üzük hədiyyə edərkən evlilik təklifi etmişdi.

Bu, Xalk Xoqanın üçüncü evliliyidir. O, 1983-2009-cu illərdə aktyor teleaparıcı Linda Klaric, 2010-2021-ci illərdə isə vizajist Cennifer MakDaniellə evli olub.


Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor   Toy  





Xəbər lenti