Bakıda möhtəşəm “Nine Senses Fest” adlı festival keçiriləcək

Bakıda möhtəşəm “Nine Senses Fest”  adlı festival keçiriləcək
  25 Sentyabr 2023    Oxunub:1392
“Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində “Nine Senses Fest” beynəlxalq festivalı ərəfəsində KİV nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı “Nine Senses”in akademik direktoru və “Nine Senses Fest” beynəlxalq festivalının kuratoru Natalya Jukova mətbuat nümayəndələrini öncə incəsənət mərkəzi ilə tanış edib, mərkəzin fəaliyyəti ilə bağlı geniş informasiya verib. Daha sonra Natalya Jukova 6-8 oktyabr tarixlərində Bakıda keçiriləcək “Nine Senses Fest” beynəlxalq festivalı haqqında jurnalistlərə geniş məlumat verib və KİV nümayəndələrinin suallarını cavablandırıb.

““Nine Senses Fest” beynəlxalq festivalı “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyilə keçirilir. Nine Senses Fest” beynəlxalq festivalı ruh, bədən və ağıl (Spirit, Body, Mind) istiqamətləri arasında təcrübələr festivalıdır. Məqsədimiz üç istiqamətdə fəaliyyət göstərən peşəkar mütəxəssisləri bir araya gətirmək və festival iştirkaçılarına təqdim etməkdir. Festivalda Azərbaycanın, həmçinin dünyanın ən peşəkarlar mütəxəssislərinin ustad dərsləri keçiriləcəkdir. Biz sizə dünyanın müxtəlif ölkələrindən ən yaxşı mütəxəssisləri, istiqamət hedlaynerlərini və mənəvi saflığa xidmət edən məktəblərin rəhbərlərini dəvət etmişik”-deyə Natalya Jukova qeyd edib.


O, festivalın keçiriləcəyi məkanlar haqqında da danışıb: “Festival 3 məkanda keçiriləcəkdir. Festivalın birinci günü, yəni 6 oktyabrda “The club Port Baku”-da, 7-8 oktyabr tarixlərində isə “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində və “Sea Breeze Resort”, həmçinin “SeaBreeze Event Hall”-da keçiriləcəkdir”.
Natalya Jukova artıq biletlərin satışa çıxarıldığını da vurğulayıb: “Biletlərin qiymətii 150 manat təşkil edir. Məbləğə 3 gün ərzində istənilən ustad dərslərinə və bütün festival tədbirlərinə giriş daxildir. Biletləri https://fest.ninesenses.az/az/ saytından onlayn formada əldə edə bilərsiniz, həmçinin festivalın proqramı ilə də tanış ola bilərsiniz. Bundan əlavə festival haqqında geniş məlumat əldə etmək üçün https://www.instagram.com/ninesensesfest/ instaqram səhifəsindən və +994103100203 nömrəsi ilə əlaqə saxlayaraq istədiyiniz məlumatı ala bilərsiniz. Hər kəsi festivalda gözləyirik”.

Qeyd edək ki, “Nine Senses Fest” festivalında yoqanın müxtəlif sahələri: kriya, kundalini, hatha, nidra. Artistic yoqa, meditasiya təcrübələri, bədən yönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik ustad dərsləri, art terapiya, terapevtik qrup məşqləri və qrup sağlamlıq və həyat kouçluğu təlimləri olacaqdır.
Onu da xüsusi olaraq bildirək ki, tədbirin 4 hedlayneri olacaqdır:
1. İmran Kriya - yoqa ustadıdır, eyni zamanda, musiqiçi, bəstəkar və multiinstrumentalist.
2. Anna Vladimirova - həkim, Çin təbabəti üzrə mütəxəssisdir. Wu Ming Dao şəfalı təcrübələr məktəbinin təsisçisi, osteoxondroz, skolioz, fəqərəarası yırtıqlar və onurğa sütununun strukturunun pozulması ilə əlaqəli digər xəstəliklərin dərmansız müalicəsinin patentləşdirilmiş metodunun müəllifidir.
3. Mətanət Babayeva – psixi və emosional sağlamlıq, eləcə də korporativ mədəniyyətdə məhsuldarlıqla iş üzrə mütəxəssis. Azərbaycanda insan resursları sahəsində aparıcı mütəxəssislərdən biri.
4. Nandan Qautam – müasir idman təbabətini və qədim yoqa müdrikliyini özündə birləşdirən daha canlı və yeni bir yoqa forması olan CEO Artistic Yoqa məktəbinin ustadı və rəhbəri. O, ABŞ-da təhsil alıb, USA Today-də işləyib və ruhani müəllim Dr. Bharat Thakurdan yoqa öyrənmək üçün Hindistana qayıdıb. Nandan yoqa, musiqi və meditasiyanın məlum olmayan sirli sahələrini araşdırır, daxili rahatlıq və məmnunluq hissini tapmağa kömək edir.

Bildirək ki, əl işlərindən ibarət tematik yarmarka və qaranlıqda teatr adlı musiqili proqram təşkil olacaqdır. Festivalın sonunda isə məşhur müğənnilərin canlı konsert proqramları keçiriləcəkdir.

AzVision.az

Qalereya




Teqlər: Festival  





Xəbər lenti