Gəncədə ticarət mərkəzində çökmə təhlükəsi yarandı

   Gəncədə ticarət mərkəzində çökmə təhlükəsi yarandı
  21 Sentyabr 2023    Oxunub:1649
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Mərkəzi univermaq binasının bir hissəsinin çökmə ehtimalının olması barədə məlumat daxil olub.
FHN-dən AzVision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Univermaq binasında çökmə ehtimalı nəzərə alınaraq binadakı vətəndaşların təxliyəsi təşkil olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti