Emil Rəhmanov vəfat etdi

   Emil Rəhmanov vəfat etdi
  19 Sentyabr 2023    Oxunub:3063
Əməkdar artist Rəhman Rəhmanın müğənni oğlu Emil Rəhmanov dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə jurnalist Turan Etibaroğlu feysbukda bildirib. Onun sözlərinə görə, E. Rəhmanov bu gün səhər saatlarında vəfat edib.

Aktyor Rəhman Rəhmanov oğlunun trombdan dünyasını dəyişdiyini deyib.

"Sən demə damarlarında tromb var imiş. Həkimlər əlindən gələni etdi, amma həyata qaytara bilmədilər".

Xatırladaq ki, R. Rəhmanın daha bir oğlu 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edib.

AzVision.az


Teqlər:





Xəbər lenti