Tanışını öldürən şəxsin işi məhkəməyə göndərilib

Tanışını öldürən şəxsin işi məhkəməyə göndərilib
  18 Sentyabr 2023    Oxunub:1084
Naxçıvanda tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə AzVision.az -a Naxçıvan Muxtar Respublikası (MR) Prokurorluğundan məlumat verilib. Belə ki, Naxçıvan MR Şərur rayonunun Püsyan kənd sakini 1992-ci il təvəllüdlü Xəlil Şıxəliyevin cari il mayın 31-də öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaqla 1985-ci il təvəllüdlü Gündüz Nəcəfovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirməklə tanışı Xəlil Şıxəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Gündüz Nəcəfov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti