ADY-nin yarımstansiyasında yanğın baş verib

   ADY-nin yarımstansiyasında yanğın baş verib
  18 Sentyabr 2023    Oxunub:1189
Bu gün saat 00:25 radələrində Azərbaycan Dəmir Yollarına (ADY-yə) məxsus xidmət sahəsi olan Goran Dartı Yarımstansiyasının I bölməsində yanğın baş verib.
Bu barədə AzVision.az ADY-yə istinadən xəbər verir. Məlumatda deyilib ki, FHN-in Yanğından Mühafizə briqadalarının köməyi ilə yanğın saat 02:30-da söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Qısa zaman ərzində yaxınlıqda yerləşən digər Dartı Yarım Stansiyalarından sözügedən mənzilə fasiləsiz elektrik enerjisinin verilməsi tam təmin olunub. Hazırda qatarlar qrafik üzrə hərəkət edirlər. Hadisənin başvermə səbəbi aidiyyəti üzrə araşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti