Üç tondan artıq çətənə kolu məhv edilib

Üç tondan artıq çətənə kolu məhv edilib
  16 Sentyabr 2023    Oxunub:1428
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbir zamanı Qarasuqumlaq və Mürsəl kəndi ərazisində ümumi çəkisi 3 ton 450 kiloqram olan 2124 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
AzVision.az



Teqlər: Çətənə  





Xəbər lenti