Keçmiş məhkumdan 1 kq heroin götürülüb

Keçmiş məhkumdan 1 kq heroin götürülüb
  16 Sentyabr 2023    Oxunub:1122
Bakıda Göyçay rayon sakinindən külli miqdarda heroin götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuşlar - Göyçay rayon sakini Yadigar Rəhimov və Neftçala rayon sakini Şəhriyar Bayramov saxlanılıblar.

Şəxsi axtarış zamanı Y.Rəhimovdan 1 kiloqram 23 qramdan artıq heroin aşkar olunaraq götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti