Məşhur aktyorun qızı evində ölü tapıldı

Məşhur aktyorun qızı    evində ölü tapıldı
  15 Sentyabr 2023    Oxunub:1308
Məşhur aktyor Mixail Ulyanovun qızı 63 yaşlı Yelena Ulyanova Moskvanın Bolşaya Bronnaya küçəsindəki mənzilində ölü tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Yelenanın sentyabrın 14-ü axşam saatlarında dünyasını dəyişdiyi bildirilir. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Yelena Ulyanova 16 dekabr 1959-cu ildə aktyor ailəsində dünyaya gəlib. Atası Mixail Ulyanov, anası isə Alla Parfanyakindir. O, valideynlərinin yolunu davam etdirməyib. qrafika rəssamı kimi fəaliyyət göstərib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor  





Xəbər lenti