Qanunsuz at əti istehsal edilən heyvandarlıq təsərrüfatı aşkarlanıb

Qanunsuz at əti istehsal edilən heyvandarlıq təsərrüfatı aşkarlanıb
  12 Sentyabr 2023    Oxunub:1580
Cəlilabadda qanunsuz at ətinin istehsal edildiyi heyvandarlıq təsərrüfatı aşkarlanıb.
Bu barədə AzVision.az -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, AQTA-nın Lənkəran-Astara regional bölməsinin müfəttişləri Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Cəlilabad rayonunun Təzəkənd kəndində qanunsuz olaraq at ətinin istehsal edildiyi heyvandarlıq təsərrüfatına baxış keçirib. Baxış zamanı heyvandarlıq təsərrüfatında təxmini çəkisi 600 kq olan 3 baş atın antisanitar şəraitdə kəsildiyi və ətin sellofan torbalara yığılmaq üçün hazırlandığı aşkar edilib. Aşkarlanmış at ətindən nümunə götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti