Van Qoqun oğurlanmış tablosunu yastıqüzünə büküb qaytardılar - FOTO

   Van Qoqun oğurlanmış tablosunu yastıqüzünə büküb qaytardılar -    FOTO
  12 Sentyabr 2023    Oxunub:1938
Holland rəssamı Vinsent Van Qoqun 2020-ci ilin mart ayında muzeydən oğurlanan tablosu tapılıb.
Bu barədə The Guardian qəzeti yazır. Van Qoqun 3-6 milyon avro dəyərində olan "Nuenendəki keşiş bağı, bahar" adlı tablosu polisin köməyi ilə holland sənət detektivi Artur Brand tərəfindən aşkar edilib.

Brend rəsmin ona naməlum şəxs tərəfindən göndərildiyini deyib. O bildirib ki, itmiş rəsm yastıqüzünə bükülmüş bağlamada təhvil verilib.

Detektiv tablonun geri qaytarılmasını həyatının ən əhəmiyyətli hadisəsi adlandırıb.

Şahanə Rəhimli

AzVision.az


Teqlər: VanQoq  





Xəbər lenti