Putin Rusiyadan küskün sənətçilərdən danışdı: "Yolları açıqdır"

   Putin Rusiyadan küskün sənətçilərdən danışdı:    "Yolları açıqdır"
  12 Sentyabr 2023    Oxunub:1899
Moskvanın siyasəti ilə razılaşmayan təxminən 160-170 rus mədəniyyət və incəsənət xadimi xaricə köçüb.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib. Onun fikrincə, istedadlı insanların getməsi ilə ölkəsi həqiqətən də “nəyisə itirə bilər”.

Buna baxmayaraq, dövlət başçısı belə qənaətə gəlib ki, narazı sənətkarların getməsi Rusiyada qeyri-ənənəvi dəyərləri təbliğ etmələrindən və əhalinin düşüncələrinə təsirindən daha yaxşıdır.

"Düzünü deyəcəyəm, qoy gedib xaricdə istədikləri maraqlara uyğun xidmət etsinlər".

O əlavə edib ki, Rusiyada teatrlar və sərgi meydançaları fəaliyyətini davam etdirir. Üstəlik, bir çox sənətçilər müharibə iştirakçılarını fəal şəkildə dəstəkləyir və onlar üçün konsertlər verirlər.

"Hökumət xaricə gedən rusların geriyə yollarını heç vaxt bağlamayıb. Qanun vətəndaşların yaşayış yerini müstəqil seçmək hüququnu təsbit edir".



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti