Rüfət Həsənov vəzifəsindən azad edildi

   Rüfət Həsənov vəzifəsindən azad edildi
  11 Sentyabr 2023    Oxunub:1940
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov vəzifəsindən azad olunub.
Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq, bildirilib ki, mədəniyyət naziri Adil Kərimli Rüfət Həsənovun vəzifədən azad olunması ilə bağlı ərizəsini təsdiq edib.

"Rüfət Həsənov yaradıcı fəaliyyətlə məşğul olmaq istəyi ilə bağlı bu addımı atıb", - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, Rüfət Həsənov həm də Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsinin də müdiri idi. O bu ərizə ilə sözügedən vəzifəsini də tərk edib.

AzVision.az


Teqlər: RüfətHəsənov  





Xəbər lenti