Neftin bahalaşması əmək haqqı və pensiya ödənişlərinə necə təsir göstərəcək?

   Neftin bahalaşması əmək haqqı və pensiya ödənişlərinə necə təsir göstərəcək?
  11 Sentyabr 2023    Oxunub:1488
"Son 3 ayda neftin dünya bazar qiyməti 22.0 faiz yüksəlib. Artıq Brent markalı neftin qiyməti hər barel üçün 90 dollardan baha təklif olunur. Neftin dünya bazar qiymətindəki artımlar hasilatın azaldılması ilə yanaşı həmçinin tələbin yüksəlməsi ilə bağlıdır. Belə ki, OPEK + alyansı hasilatın optimallaşdırılması siyasətini davam etdirir və bu məsələdə hər hansı yayınmalar müşahidə olunmur. Digər tərəfdən, Çin daxil olmaqla bir sıra aparıcı ölkələrdə neftə tələb də yüksəlməkdədir ki, bu da birjalara təsirsiz ötüşmür".
AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. O, neftin qiymətinin artmasının əmək haqqı və pensiya ödənişlərinə necə təsir edəcəyinə aydınlıq gətirib.

"Neftin qiymətinin artması dövlət büdcəsindən xərcləmələr üçün, xüsusən də fiskal öhdəliklərin vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi baxımından imkanlar yaradır. Bu, həm işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyə baxımından təminatı üçün vacibdir, digər tərəfdən, dövlət büdcəsindən maliyyələşən layihələrin icrasına, o cümlədən, sosial proqramların maliyyələşməsinə müsbət təsir göstərir. Yüksək neft qiymətləri xarici valyuta ehtiyatlarımızın artması baxımdan da əhəmiyyətlidir.

Əmək haqqı və pensiyaların mütəmadi artırılması sosial siyasətin əsas prioritetlərindədir.

Gələn ilin yanvar ayında bütün növ əmək pensiyaları indeksasiya edilərək artırılacaq. Digər sosial istiqamətlərdə artımlar da əsas hədəflər sırasındadır. Bu baxımdan, fiskal gəlirlərimizin artması sosial təminatın güclənməsi üçün də yeni imkanlar yaradır".

AzVision.az


Teqlər: VüqarBayramov  





Xəbər lenti