Ehtiyatsızlıqdan tanışını öldürən şəxs tutulub - YENİLƏNİB

 Ehtiyatsızlıqdan tanışını öldürən şəxs tutulub -  YENİLƏNİB
  11 Sentyabr 2023    Oxunub:1672
Sentyabrın 10-da İsmayıllı rayon sakini Ramin Cəfərovun müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a İsmayıllı Rayon Prokurorluğundan məlumat verilib. İlkin araşdırma zamanı 1960-cı il təvəllüdlü Şamaxı şəhər sakini Şakir Sadayevin sentyabrın 9-da İsmayıllı rayonunun Ərəgit kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Ramin Cəfərova kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirməsi və sonuncunun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Şakir Sadayev şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

09:16

İsmayıllı rayonunda bıçaqlanmış kişi ölüb.

Bu barədə AzVision.az -a DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.

Belə ki, sentyabrın 9-da saat 07 radələrində 1979-cu il təvəllüdlü Cəfərov Ramin Baldadaş oğlunun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq bir gün sonra ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində R.Cəfərova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Sadayev Şakir Ağasəməd oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti