Agentlik fırtınalı hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Agentlik fırtınalı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
  09 Sentyabr 2023    Oxunub:1669
Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Xəbərdarlıqda bildirilir:

“Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə (GHİM) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Məlumata əsasən, sentyabrın 10-da Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin 11-i səhər saatlarına kimi davam edəcəyi proqnozlaşdırılır.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 33-38 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü 2-4 m, sonrakı inkişafda 5,5-7,5 m. çatacağı proqnozlaşdırılır”.
AzVision.az



Teqlər:





Xəbər lenti