Ümumilik Kvantoru: “∀” işarəsin anlamı nədir?

   Ümumilik Kvantoru:    “∀”    işarəsin anlamı nədir?
  09 Sentyabr 2023    Oxunub:4800
“∀” işarəsindən ik dəfə 1935-ci ildə alman riyaziyyatçı Gerhard Gentzen istifadə edib. İsbat Nəzəriyyəsinin üzərində işləyərkən riyaziyyatçı məntiq elminə çoxluğun hər bir elementini nəzərdə tutan Ümumilik Kvantorunu daxil etməyə ehtiyac duyur.
Bu məqsədlə Gerhard Gentzen “∀” işarəsini seçir. Beləliklə, riyazi dildə

formulu belə oxunur:
• “X” çoxluğuna daxil olan “x”in istənilən (hər bir) qiyməti üçün P(x) hökmü həqiqətdir.
Formulun yazılışında ∀(x) “x-in istənilən (hər bir) qiyməti” deməkdir.

Əlbəttə, Ordu sıraları Fizika-Riyaziyyat Fakültəsi deyil və əsgərlərimiz hərbi texnikanın üzərində ∀ işarəsini yazanda böyük ehtimalla, Ümumilik Kvantorunu nəzərdə tutmayıblar (Hərçənd... Nə bilmək olar, bəlkə də bu işarəni seçən hərbçi riyaziyyatçı imiş?!) . Amma əsas bu deyil; əsas olan həmin işarənin ictimaiyyətdə hansı assosiasiyasını doğurmasıdır.

Sosial şəbəkədə sürətlə məşhurlaşan ∀ işarəsi cəmiyyət üçün Azərbaycan əsgərinin istənilən təhdidlə mübarizəyə hər an hazır olmasının, istənilən təhlükənin qarşısını kəsmək üçün döyüş meydanına yollanmağa hazır olmasının simvoluna çevrildi. Əgər onun riyazi məzmununu davam etdirmək istəsəniz, bəli, Azərbaycan Ordusu adlı çoxluğun istənilən (hər bir) üzvünü nəzərdə tutan Ümumilik Kvantoru kimi qəbul edə bilərik.

“Bu çoxluğun hər bir elementi Vətənə qarşı istənilən təhdidin qarşısını almaq üçün daim hər cür qəhrəmanlığa hazırdır” hökmü (predikatı) isə Ümumilik Kvantorunun, yəni ∀-nın ifadə etdiyi predikat ola bilər.

Tariyel Həsənov
Rəsm: Nuray
AzVision.az


Teqlər:  





Xəbər lenti