Bir ildə 50 bağça müdiri işdən azad olunub

   Bir ildə 50 bağça müdiri işdən azad olunub
  06 Sentyabr 2023    Oxunub:1311
Son bir il ərzində məktəbəqədər təhsil müəssisələrinə mərkəzləşmiş qaydada işə qəbul çərçivəsində 241 nəfər işə götürülüb.
Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib. Nazir həmçinin qeyd edib ki, bu il ilk dəfə məktəbəqədər təhsil müəssisələrində vakant direktor yerlərinə qəbul müsabiqə yolu ilə aparılıb: “İl ərzində 50 bağça direktoru işdən azad olunub”.

Onun sözlərinə görə, hansı bağçada nə qədər müəllimin hansı ixtisas və diplomla fəaliyyət göstərməsi bəllidir: "Çünki işçilər barədə məlumat bazası əlimizdə var. Böyük şəhərlərdə yer çatışmazlığı ilə bağlı problemlər hələ də qalır".

AzVision.az


Teqlər:





Xəbər lenti