ABŞ Milli Arxivi minlərlə UFO sənədini yaydı

   ABŞ Milli Arxivi minlərlə    UFO sənədini yaydı
  06 Sentyabr 2023    Oxunub:2564
ABŞ Milli Arxivi naməlum uçan obyektlərə (UFO) aid məxfiliyi ləğv edilmiş minlərlə sənədi rəqəmsallaşdıraraq öz saytında yerləşdirib.
AzVision.az xəbər verir ki, bu barədə Nation News məlumat yayıb .
Qeyd edilir ki, onların arasında yazılı ifadələr, həmçinin fotoşəkillər və videolar da var.

Kainatda yalnızıqmı: “Fermi paradoksu”nun açması
İctimaiyyət üçün açıq olan UFO sənədləri arasında 1947-1969-cu illərdə fəaliyyət göstərmiş və naməlum uçan obyektlərlə bağlı hesabatları araşdırmaq üçün bir vaxtlar ABŞ Hərbi Hava Qüvvələrinin məxfi proqramı olan "Project Blue Book"dan da məlumatlar var.


Həmçinin, ABŞ Milli Arxivi 1947-ci ildə Nyu-Meksiko ştatının Rosvel şəhəri yaxınlığına naməlum obyektin düşməsi ilə əlaqədar yaranmış "UFO qəzası" əfsanəsini unutmayıb. Sayt "Rosvell hadisəsi" adlanan bu insidentə ə yer ayırıb.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri qalmaqallı "Rosvell hadisəsi"ni hava şarlarının uğursuz sınaqları ilə əlaqələndirmişdi.

Jurnalistlərin fikrincə, Milli Arxiv tərəfindən açıqlanan məlumatlar ABŞ hökumətinin nəzarətində olan UFO-lar haqqında informasiyaların yalnız kiçik bir hissəsidir. El arasında əsasən “Uçan boşqab”lar adlanan naməlum obyektlərlə bağlı daha neçə sənədin məxfi şəkildə qorunması hələlik heç kimə məlum deyil.


Xatırladaq ki, bir müddət öncə ABŞ Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Anomaliyaların Tədqiqi Departamenti (AARO) insanların dünyada ən çox UNO gördükləri yerlərin xəritəsini yaymışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Arxiv   UFO  





Xəbər lenti