Tacikistanda terror aktı törətmək istəyənlər öldürüldü

   Tacikistanda terror aktı törətmək istəyənlər öldürüldü
  06 Sentyabr 2023    Oxunub:1178
Tacikistan-Əfqanıstan sərhədini pozan 3 terrorçu Tacikistan ərazisinə daxil olduqdan sonra ölkənin xüsusi xidmət orqanları tərəfindən məhv edilib.
Bu barədə Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd olunub ki, 2023-cü il avqustun 29-dan 30-na keçən gecə beynəlxalq terror təşkilatının 3 üzvü Dövlət Müstəqilliyi Günü ərəfəsində Tacikistan ərazisində terror aktı törətmək məqsədi ilə Tacikistan-Əfqanıstan ərazisini - Darvaz istiqamətində Kevron kəndi ilə bitişik qorunan ərazidə sərhəd xəttini qanunsuz keçib.

Vurğulanıb ki, antiterror əməliyyatı nəticəsində 3 terrorçu məhv edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti