Kukla Teatrının baş rejissoru işdən azad olunması üçün ərizə yazdı

   Kukla Teatrının baş rejissoru işdən azad olunması üçün ərizə yazdı
  05 Sentyabr 2023    Oxunub:1424
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov işdən azad olunması barədə Mədəniyyət Nazirliyinə ərizə ilə müraciət edib.
APA-nın məlumatına görə, mədəniyyət naziri Adil Kərimli hələlik ərizəni təsdiq etməyib.

Teatrın Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Q. Məsimov sözügedən ərizəni sentyabrın 1-də yazıb:

“Sentyabrın 1-də teatrda açılış iclasımız oldu. Qurban Məsimov teatrın direktoru Rəşad Əhmədzadəyə, kollektivə təşəkkürünü, ürək sözlərini çatdırdı. 10 il ərzində ona yaradılan şəraitə, teatrla birlikdə qazandığı uğurlara görə öz təşəkkürünü bildirdi. Onu da əlavə etdi ki, bir sıra müstəqil layihərlə bağlı aldığı təklifləri dəyərləndirdiyini əsas gətirərək işdən çıxmaq istəyir. Bilirsiniz ki, baş rejissorların vəzifəyə təyin olunması və işdən çıxarılması səlahiyyəti mədəniyyət nazirinə aiddir. Bu səbəbdən o, ərizəsini mədəniyyət nazirinə ünvanlayıb”.

Xatırladaq ki, o, 2013-cü ildən bu vəzifədədir.

AzVision.az


Teqlər:





Xəbər lenti