Döyüş itləri qadının qulağını qopardı - VİDEO

Döyüş itləri qadının qulağını qopardı    - VİDEO
  05 Sentyabr 2023    Oxunub:2179
Rusiyada ağzında qoruyucu olmayan döyüş itləri qadına hücum edib. Rusiya telegram kanallarının yaydığı məlumata görə hadisə Soçidə baş verib.
Nəticədə qadın əlindən xəsarətlər alıb və qulağının bir hissəsi qopub.

Ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib. Yerli sakinlərin sözlərinə görə, onlar çoxdan küçəyə çıxmaqdan qorxurlar. Çünki döyüş itlərinin sahibi heyvanları çölə özbaşına buraxmaqda davam edirlər. Vətəndaşlar polisdən vəziyyətə müdaxilə etməyi və tədbir görməyi xahiş ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   İt  





Xəbər lenti