Bakıda kollec yataqxanasında yanğın olub

Bakıda kollec yataqxanasında yanğın olub
  04 Sentyabr 2023    Oxunub:1034
Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yataqxana binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yataqxananın 2-ci mərtəbəsinin dəhlizində ümumi sahəsi 10 m² olan mətbəxdə 1 ədəd qaz sobası yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti