Xalq artisti Röya Ayxanın “Biri var” adlı solo konsertinin ikinci günü baş tutub
03 Sentyabr 2023
Oxunub:1975
Estrada ulduzu Bakı Konqres Mərkəzində sevənləri ilə yenidən bir araya gəlib.
AzVision.az xəbər verir ki, pop ulduz gecəni “14/41” albomuna daxil olan “Biri var” mahnısı ilə açıq elan edib. Konsertin açılışında daha bir yenilik olub. Belə ki, Röya Ayxan səhnəyə tamaşaçıların daxil olduğu əsas girişdən gəlib. Onun start şousunu səkkiz mühafizəçi müşayiət edib. Müğənni onlarla birgə xüsusi səhnə vasitəsi ilə aşağı enib və “Nero” rəqs qrupu ilə tamaşaçıları salamlayıb. Daha sonra sənətçi ard-arda 22 mahnı səsləndirib. Gecədə Azərbaycanda ilk dəfə olaraq “Kuka” robotundan istifadə olunub. Konsertdə demək olar ki, bütün mahnılar səhnəciklə təqdim edilib.
Səhnədə üç paltar dəyişən ifaçı makiyajını Elnur Həsənova, saçlarını Aygün Məmmədova həvalə edib.
Həmçinin, R. Ayxan teatrlara marağı artırmaq üçün yeni layihəyə başlayacağına, iki il konsertlərə fasilə verəcəyini bildirib.
Gecədə Xalq artistinin atası Yaqub Nəcəfov və keçmiş qayınanası da yer alıb. Həddindən artıq həyəcanlı olduğunu dilə gətirən R.Ayxan ilk gün baş verən texniki qüsurların aradan qaldırıldığını da vurğulayıb.