5 yaşlı uşaq şəhərdə gəzmək üçün bağçadan qaçdı - VİDEO

5 yaşlı uşaq şəhərdə gəzmək üçün bağçadan qaçdı    - VİDEO
  04 Sentyabr 2023    Oxunub:1523
Rusiyada maraqlı hadisə baş verib. Krasnoyarskdakı uşaq bağçasından qaçan beş yaşlı uşaq şəhərdə gəzintiyə çıxıb. Onu bağçadan iki kilometr aralıda tapıblar.
Bu barədə vilayət prokurorluğu Telegram kanalında məlumat yayıb.

Qeyd edilir ki, hadisə Krasnoyarskdakı 15 saylı uşaq bağçasında baş verib. Oğlan müəllimin diqqətinin yayınmasından istifadə edib.

Təxminən bir saat ərzində uşaq şəhərin küçələrində təkbaşına dolaşıb. Yoldan keçən bir qadın onu taparaq polisə təhvil verib.

Bir saat ərzində bağça müdiri uşağın itməsi barədə polisə xəbər vermədiyi üçün faktla bağlı prokurorluqda təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi başlanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Bağça  





Xəbər lenti